Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində dərc edilib. Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az internet saytından sifariş etmək mümkündür.