"Abituriyent" jurnalı redaksiyası Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş konfransın rəsmi açılış mərasimində iştirak edib
Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransın rəsmi açılış mərasimi keçirilib.
"Abituriyent" jurnalı redaksiyası da konfransda iştirak edib. Redaksiya stendində Dövlət İmtahan Mərkəzinə məxsus nəşrlər sərgilənib. Konfrans iştirakçıları nəşrlərlə tanış olub, onlarla bağlı dolğun məlumat əldə ediblər.