abiturient.az internet saytına daxil olub DİM nəşrlərinin onlayn sifariş ilə satışı bölümünə daxil olaraq bank kartı vasitəsilə ödəniş etməklə nəşrləri onlayn sifariş etmək mümkündür.
abiturient.az saytında hesabınıza daxil olun. “nəşrlər” bölümündə əldə etmək istədiyiniz nəşri seçin. Seçdiyiniz nəşrin üzərində “PDF əlavə et” düyməsini klikləyərək səbətə əlavə edin. Səbətə daxil olaraq ödəniş edin. Ödəniş etdikdən sonra saytdakı hesabınızda “ödənişlərim” bölümündə PDF faylı istifadə edə bilərsiniz.
DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə qeydiyyatdan keçərək 1 AZN ödəniş etməklə qiymətləndirmə tapşırıqlarının cavablarını tam formada əldə edə bilərsiniz. Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/
Test toplusunun orijinallığını üz qabığında olan kuponun üzərindəki təbəqəni pozaraq yoxlaya bilərsiniz. Təbəqənin arxasında xüsusi QR kod və unikal kod yerləşdirilib. Telefonunuzun kamerası vasitəsilə QR kodu oxudaraq görünən link vasitəsilə otk.az portalına keçib nəşrin orijinallığını yoxlamaq mümkündür.
Aldığınız test toplusunu zədələməmisinizsə və QR kodu pozmamısınızsa, onu aldığınız mağazada yenisi ilə dəyişə bilərsiniz. QR kodu pozduqdan sonra texniki xətanı aşkar etmisinizsə, nəşri redaksiyanın Votsap nömrəsinə (050 225 54 99) müraciət edərək dəyişmək mümkündür.
Ötən ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları ötən ilin “Abituriyent” jurnalının 6-cı nömrəsində, cari ilin “Abiuturiyent” jurnalının 2-ci nömrəsində dərc edilir.
Siz düzgün ixtisas seçimi etmək üçün cari ildə nəşr edilən “Abituriyent” jurnalının 2-ci nömrəsini (və ya ötən il nəşr edilən “Abituriyent” jurnalının 6-cı nömrəsini), “Abituriyent” jurnalının 4-cü nömrəsini, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçanı (ixtisas qrupunuza uyğun olaraq) əldə edə bilərsiniz. Ötən ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları ötən ilin “Abituriyent” jurnalının 6-cı nömrəsində, cari ilin “Abiuturiyent” jurnalının 2-ci nömrəsində dərc edilir. Cari ilin “Abituriyent” jurnalının 4-cü nömrəsində ixtisas seçimi elanı və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar dərc edilir. Həmçinin bütün ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edilir. “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu kitabçalarda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilir.
“Abituriyent” jurnalının 7-ci nömrəsində cari tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində dərc edilir.
“Abituriyent” jurnalının 5-ci nömrəsində cari tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11-illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər məlumatlar dərc edilir. Ötən il orta ixtisas təhsili müəssisələrinə tam orta (11-illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ötənilki “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc edilir.
“Magistr” jurnalının 1-ci və 2-ci nömrələrində məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində dərc edilir. “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitdən də istifadə edə bilərsiniz.
Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları “Rezidentura” jurnalının 1-ci nömrəsində dərc edilir.
“Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsində müvafiq olaraq cari ilin müsabiqə nəticələrinə görə alınmış keçid balları dərc edilir.
“Abituriyent” jurnalının ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün xüsusi buraxılışında buraxılış imtahanı üçün fənlər üzrə altstandartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, balların hesablanma qaydası dərc edilir. Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri təqdim edilir.
Subbakalavr kimi düzgün ixtisas seçimi etmək üçün cari ildə nəşr edilən “Abituriyent” jurnalının 1-ci nömrəsini, “Abituriyent” jurnalının 2-ci nömrəsini (və ya ötən il nəşr edilən “Abituriyent” jurnalının 6-cı nömrəsini), “Abituriyent” jurnalının 4-cü nömrəsini, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını əldə edə bilərsiniz. Cari ilin “Abituriyent” jurnalının 1-ci nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dərc edilir. Cari ilin “Abituriyent” jurnalının 2-ci nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu elanı, ötən ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilir. Cari ilin “Abituriyent” jurnalının 4-cü nömrəsində ixtisas seçimi elanı və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar dərc edilir. Orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilir. Bu xüsusi buraxılışda cari tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrlarin ixtisas seçimi elani, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatlar dərc edilir.