Haqqımızda
Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı “Abituriyent” jurnalı redaksiyası 1995-ci ildə fəaliyyətə başlayıb. Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçib.
Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqaməti genişləndikcə “Abituriyent” jurnalının sayları ilə yanaşı “Magistr”, “Rezidentura”, “Xüsusi buraxılış” adlı jurnalların sayları da çap edilməyə başlanıb. Jurnallarla yanaşı, “Abituriyent” jurnalı redaksiyasında müxtəlif tədris vəsaitləri, test topluları, siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabları da nəşr edilir. Hər kəsin DİM-in keçirdiyi müxtəlif imtahanlara nəşrlərimiz vasitəsilə müstəqil hazırlaşa bilmələri prioritetlərimiz sırasındadır. Bu səbəbdən nəşrlərimizi ilbəil təkmilləşdiririk. İctimaiyyətin artan maraq və tələbatına uyğun olaraq nəşrlərin tirajı da ilbəil artır. Nəşrlərimizdə təhsil işçiləri, şagirdlər, abituriyentlər, bakalavrlar, magistrlər, rezidentlər, müxtəlif qurumlarda vakant vəzifələr üzrə imtahana hazırlaşanlar üçün zəruri elmi-metodiki və informativ materiallar dərc edilir. Məqsədimiz elm, bilik və innovasiyanı hər kəs üçün əlçatan etməkdir. Nəşrlərimiz ölkədə ən çox oxunan və istifadə edilən informasiya mənbələrindəndir, onlar respublikamızın bütün istiqamətlərinə çatdırılır.