Dövlət İmtahan Mərkəzi ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib
Jurnalda buraxılış imtahanı üçün fənlər üzrə altstandartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modelini dərc edilib. Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az saytında müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda verilən tapşırıqları yerinə yetirə bilər. Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.