Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri nəşr edib.

Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali və orta ixtisas təhsili müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar dərc edilib.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 vəsaitdə təqdim edilib:

1. Təsviri sənət • Memarlıq
2. Musiqi sənəti
3. Jurnalistika • İslamşünaslıq
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. İdman

Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal