Dövlət İmtahan Mərkəzi tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib
Jurnalda qəbul imtahanının I mərhələsi və tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə altstandartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib. Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az internet saytında müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda verilən tapşırıqları yerinə yetirə bilər. Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.