Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun “20 variant sınaq imtahanı” kitablarını nəşr edib.

Qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlar bu kitablardan istifadə edərək həm ayrı-ayrı mövzular, həm də bütövlükdə fənn üzrə öz hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Yaxın günlərdə Azərbaycan və rus bölmələri üçün bu ixtisas qrupları və fənlər üzrə “20 variant sınaq imtahanı” kitablarının nəşr edilməsi nəzərdə tutulur:

I ixtisas qrupu üzrə – Fizika;
II ixtisas qrupu üzrə – Coğrafiya və Tarix;
III ixtisas qrupu üzrə – Coğrafiya;
IV ixtisas qrupu üzrə – Fizika.

Digər ixtisas qrupları və fənlər üzrə “20 variant sınaq imtahanı” kitabları artıq satışdadır.

Kitabları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.