1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə DİM-in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib




1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət İmtahan Mərkəzi 6-10 yaş arasında olan şəhid övladlarına müvafiq yaş qrupları üçün qiymətləndirmə tapşırıqları kitablarını hədiyyə edib.
Bayram günü münasibətilə 108 şagirdə 12 adda 324 kitab təqdim olunub.
Bu nəşrlərdən sinif şagirdləri, eləcə də müəllimlər faydalana bilərlər. Kitablarda uşaqların psixoloji diaqnostikası, Azərbaycan dili, ingilis dili və riyaziyyat fənlərinə aid qiymətləndirmə tapşırıqları yer alıb.