“Abituriyent” jurnalı redaksiyası 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək.
“HƏYAT EKRANDAN BÖYÜKDÜR: BİR UŞAQ, BİR KİTAB, BİR GERÇƏK DÜNYA” mövzusuna həsr olunan sərgi vasitəsilə kitaba marağın artırılması və mütaliə mədəniyyətinin gücləndirilməsi, uşaqların faydalı vərdişlərə təşviq olunması hədəflənir.
Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatlarda təqdimatlar, çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.
Dövlət İmtahan Mərkəzinə məxsus nəşrlərlə tanış olmaq, nəşrlər barədə suallarınıza cavab tapmaq, nəşrləri endirimli qiymətlərlə əldə etmək istəyirsinizsə, "Abituriyent" jurnalı stendində sizi gözləyirik.
Kitab dünyasının ən böyük görüş nöqtəsində bizimlə də görüşməyi unutmayın.