Nəşr satışı yoxdur / 3 AZN (PDF)

Mündəricat faylı- Abituriyent_N_1_rus_2018_mun.pdf

Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam (11 illik) orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapmışdır. Həmçinin, bu nömrədə oxucuların sorğularına Dövlət İmtahan Mərkəzinin mütəxəssis­lərinin cavabları, “Uğura aparan vərdişlər” məqaləsində isə ən uğurlu şagird və tələbələrin çalışma rejimində istifadə etdikləri metodlar və onların vərdişləri dünya təcrübəsi əsasında şərh olunub. Həmin metod və vərdişlərdən ən çox diqqəti cəlb edənləri barədə məlumatlar oxuculara təqdim olunmuşdur.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.