Nəşr satışı yoxdur

Dövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə 2011-2016-cı illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarında istifadə olunmuş test tapşırıqları əsasında “Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı” adlı vəsait nəşr etmişdir.

Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan həmçinin tibb təhsili müəssisələrinin tələbələri, eləcə də baza fənlərini tədris edən müəllimlər də istifadə edə bilərlər.

Kitabı aşağıdakı ünvanlarda yerləşən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

- DİM-in Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasındakı “Abituriyent” satış köşkü;

- Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkü.

  • Ad: Образцы тестовых заданий по базовым дисциплинам и
  • Kateqoriya: Test topluları