Nəşr satışı yoxdur / 2 AZN (PDF)

Mündəricat faylı- Abituriyent_N_5_2016_mun.pdf

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr etmişdir. Jurnalda orta ixtisas təhsili müəssisələrinə tam (11-illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət  İmtahan Komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapmışdır.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ötən ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilmişdir.

Jurnalları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.