Nəşr satışı yoxdur / 1 AZN (PDF)

Mündəricat faylı- XB_11_illik_elan_mun.pdf

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-citədris ili üçün Azərbaycan Respublikasının tam orta təhsil bazasında (11 illik)  orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan etmişdir. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunmuşdur.
Jurnalın bu sayında həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunmuşdur.
Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Həmçinin jurnalın bu sayını http://eservices.tqdk.gov.az/ejurnal/ ünvanından elektron formatda (pdf formatda) əldə edə bilərsiniz.