Nəşr satışı yoxdur / 2 AZN (PDF)

“Abituriyent” jurnalının 2014-cü 1-ci sayı çapdan çıxmışdır. Jurnalda aşağıdakı materiallar dərc olunmuşdur:

- 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları

- Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları

- Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları

- Hərbi liseylərə qəbul imtahanı proqramları

- Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri

- Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri

- Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları

- “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları

- Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası.

Jurnalın bu sayında təqdim edilən materiallar abituriyentlərin qəbula daha səmərəli hazırlaşmasına, qarşılarına qoyduqları məqsədlərə çatmaqdan ötrü düzgün istiqamət götürmələrinə kömək edəcəkdir.

Jurnalı TQDK-nın binasının yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.