Abituriyent N11
Nəşr satışı yoxdur / 4 AZN (PDF)
Mündəricat faylı- Abituriyent_N_11_2013_mun.pdf
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il olduğu kimi bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının növbəti 11-ci sayını onlara həsr etmişdir. Jurnalın bu sayı ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı və “Ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında” 14 sentyabr 2013-cü il tarixli fərmanı ilə açılır. Burada Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunmuşdur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilmişdir.
- Ad: Abituriyent N11
- Kateqoriya: “Abituriyent” jurnalı