Abituriyent N2
Nəşr satışı yoxdur / 2 AZN (PDF)
Mündəricat faylı- Abituriyent_N_2_az_2013_mun.pdf
Hörmətli abituriyentlər! 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanmışdır.
Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilmişdir:
1. Elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyent elektron ərizəsi"nin doldurulma qaydası və nümunəsi;
2. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);
3. 2012-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları;
4. Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
5. Abituriyentlər üçün elmi-metodiki məqalələr.
Bütün bu materiallar iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir.
Xatırladaq ki, “Abituriyent” jurnalının 2013-cüilin 1-ci sayında 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları; Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları; Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları; Hərbi liseylərə qəbul imtahanı proqramları; Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri; Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri; Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları; “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları; Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası dərc olunmuşdur.
Jurnalları TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
- Ad: Abituriyent N2
- Kateqoriya: “Abituriyent” jurnalı