Абитуриент N2
Nəşr satışı yoxdur / 1.5 AZN (PDF)
Mündəricat faylı- Abituriyent_N2_rus_2012_mun.pdf
2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanmışdır.
Hörmətli abituriyentlər! Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilmişdir:
1. Elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyent elektron ərizəsi"nin doldurulma qaydası və nümunəsi;
2. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);
3. 2011-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları;
4. Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
5. Abituriyentlər üçün elmi-metodiki məqalələr.
Bütün bu materiallar iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir.
Xatırladaq ki, “Abituriyent” jurnalının 2012-ci ilin 1-ci sayında 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları; ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları; orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları; hərbi liseylərə qəbul imtahanı proqramları; ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri; fənlər üzrə açıq tipli test tapşırığı nümunələri; xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları; jurnalın “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları; test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası dərc olunmuşdur.
Jurnalları TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
- Ad: Абитуриент N2
- Kateqoriya: “Abituriyent” jurnalı