Nəşr satışı yoxdur

TQDK “Abituriyent” jurnalının xüsusi buraxılışı kimi qəbul imtahanına hazırlaşan abituriyentlər, yuxarı sinif şagirdləri, müəllimlər, ekspertlər və test tərtibçiləri üçün yeni bir vəsait - «Ümumi biologiya» kitabını çap etmişdir. Vəsait qəbul imtahanı proqramına və ümumtəhsil məktəblərinin tədris proqramına uyğun tərtib edilmişdir. Vəsaitin bəzi fəsilləri fənn üzrə materialların əhatəli qavranması üçün müəyyən qədər genişləndirilib və dərinləşdirilib. Biokimya, çoxalma, təkamül, ekologiya və insanın əmələgəlməsi fəsillərinə xüsusi diqqət yetirilib. Mövzulara edilmiş əlavələr yalnız mövzunun yaxşı qavranmasına və müasirləşməsinə yönəlmişdir. Bununla belə onlardan qəbul imtahanı üçün test tapşırıqlarının tərtibatında istifadə edilməyəcəkdir.