Nəşr satışı yoxdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimləri haqqında elanı “Magistr” jurnalının 4-cü sayında çap etmişdir. Jurnalın bu sayında həmçinin qəbul proqramlarının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün elektron ərizə formasının nümunəsi, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunmuşdur.