Nəşr satışı yoxdur / 1.5 AZN (PDF)

Mündəricat faylı- n_3_rus_2011_mun.pdf

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanını “Abituriyent” jurnalının 3-cü sayında çap etmişdir. Jurnalın bu sayında həmçinin müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurma qaydası, qəbul aparılan ixtisaslar, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu,  ali təhsil müəssisi ilə dövlət sifarişi əsasında  təhsil alacaq şəxs arasında müqavilə nümunəsi, qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması (apelyasiya) qaydaları və digər zəruri materiallar təqdim olunmuşdur.

Bütün bu materiallar iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir. 
Jurnalı TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya onu www.abiturient.az  saytından sifariş etmək olar.