Nəşr satışı yoxdur

Hörmətli bakalavrlar! Jurnalımızın bu xüsusi buraxılışında sizə ali təhsil müəssisələrinin magistraturalarına bütün ixtisaslaşmalar üzrə qəbul proqramlarını təqdim edirik. Proqramlar Azərbaycan və rus dillərində 2 kitabçada nəşr edilib. Xüsusi buraxılışda magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli, bütün magistr ixtisaslaşmalar üzrə qəbul proqramları, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında bakalavrların ixtisas üzrə suallara yazılı cavablarına qoyulan tələblər haqqında materiallar verilib.
Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri materiallar “Magistr” xüsusi buraxılışının 4-cü sayında dərc ediləcək.
Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc olunub.