Orfoqrafiya-orfoepiya lüğəti
8 AZN
Orfoqrafiya-orfoepiya lüğəti
(imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
Lüğətdə Azərbaycan dilinə aid sözlərin düzgün yazılışı, tələffüz forması, qrammatik mövqeyi, bir sıra hallarda isə leksik mənası təqdim edilib. Lüğətdə 5000-dən çox söz dərc edilib.
Sözlərin seçimində onların ümumişləklik dərəcəsi, ümumtəhsil məktəblərinin proqram tələblərinə və dərsliklərinə uyğunluğu, ümumtəhsil məktəblərində öyrədilən orfoqrafiya və orfoepiya normalarının tətbiqinə imkan verməsi, dilimizin zənginləşməsinin çağdaş səviyyəsi, bəzi sözlərin yazılış və tələffüzündə qarşıya çıxan müəyyən çətinliklər və s. nəzərə alınıb. Lüğətin sonunda Azərbaycan dilinin başlıca orfoqrafiya və orfoepiya normaları təqdim edilib.
Lüğət məktəb şagirdləri, abituriyentlər, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün vəsait kimi nəzərdə tutulub. Vəsaitdən yazılı və şifahi nitqini təkmilləşdirmək istəyən hər bir şəxs yararlana bilər.
Lüğəti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
- Ad: Orfoqrafiya-orfoepiya lüğəti
- Kateqoriya: Vəsaitlər