10 AZN 5 AZN (PDF)

Mündəricat faylı- idman-2026_mun.pdf

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən “İdman” istiqaməti üzrə ali təhsil müəssisəsinə qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsait nəşr edib.

Vəsaitdə xüsusi qabiliyyət tələb edən “İdman” istiqaməti üzrə olan ixtisasların yığcam xarakteristikası, hansı ali təhsil müəssisəsində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, normativlər, bir sözlə, bu ixtisası ixtisası seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar dərc edilib.

Vəsaiti DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Vəsaitin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə edə bilərsiniz.