
İdman - 2025
10 AZN (onlayn) / 5 AZN (PDF)
Mündəricat faylı- idman_2025_mun.pdf
Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən “İdman” istiqaməti üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsait nəşr edib.
Vəsaitdə xüsusi qabiliyyət tələb edən “İdman” istiqaməti üzrə olan ixtisasların yığcam xarakteristikası, hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, normativlər, bir sözlə, bu ixtisası ixtisası seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar dərc edilib.
Vəsaiti DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür.
https://shorturl.at/B4g0M
- Ad: İdman - 2025
- Kateqoriya: Xüsusi qabiliyyət imtahanları üçün vəsaitlər