Nəşr satışı yoxdur / 3 AZN (PDF)

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün xüsusi buraxılışını nəşr edib.
Bu jurnalda ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az saytında müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.