
Coğrafi terminlər və anlayışların izahlı lüğəti
10 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi “Coğrafi terminlər və anlayışların izahlı lüğəti”ni nəşr edib.
Lüğətdə “Coğrafiya” fənninin proqram, dərslik və dərs vəsaitlərində öz əksini tapmış bütün terminlər qruplaşdırılıb, onların yığcam izahı verilib.
Materialların əlifba sırası ilə təqdim edilməsi onlardan istifadəni asanlaşdırır. Belə ki, abituriyent və ya şagirdlər tədris prosesində, yaxud ondan kənarda rastlaşdığı hər hansı coğrafi prosesi, hadisəni öyrənərkən bu lüğətdən asanlıqla yararlana bilərlər.
Lüğət yuxarı sinif şagirdləri, abituriyentlər, müəllimlər üçün vəsait kimi nəzərdə tutulub.
Nəşri www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından almaq mümkündür.
- Ad: Coğrafi terminlər və anlayışların izahlı lüğəti
- Kateqoriya: Metodiki dərs vəsaitləri