12 AZN

Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap etmişdir.

“Məntiqi təfəkkürü yoxlayan testlər” vəsaiti ali təhsilin magistratura səviyyəsinə və vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar üçün tərtib edilmişdir. Vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanmışdır. Vəsaitdə test tapşırıqları üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi-riyazi. Sonda ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan on dörd test tapşırığı bloku və vəsaitdəki bütün tapşırıqların izahlı cavabları təqdim olunmuşdur.

Kitabı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.