35 AZN

Vəsait Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul proqramına müvafiq olaraq hazırlanmışdır. Vəsait 3 hissədən ibarətdir: sitologiya, embriologiya və histologiya. Kitabda sitologiyanın (hüceyrənin quruluşu və hüceyrə tsikli), embriologiyanın (cinsi hüceyrələrin quruluşu və inkişafı – progenez, embrionun quruluşu və inkişafı – embriogenez), ümumi və xüsusi histologiyanın əsas məsələlərindən ətraflı bəhs edilmişdir. İstifadə olunmuş bütün terminlər Beynəlxalq Histoloji Nomenklaturaya uyğun verilmişdir.

Vəsait rezidenturaya hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan əsas (baza ali) tibb təhsili müəssisələrinin tələbələri, dissertantlar, doktorantlar və həkimlər də istifadə edə bilər.

Vəsaiti kitab  mağazalarından almaq və www.abiturient.azsaytından sifariş etmək mümkündür.