Nəşr satışı yoxdur / 5 AZN (PDF)

Mündəricat faylı- doktorantura_2024_mun.pdf

Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlara hazırlaşanlar üçün “Doktorantura” adlı metodik vəsait dərc edilmişdir. 

Metodik vəsait doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə keçirilən imtahanlara (qəbul və fəlsəfə doktoru) hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Vəsaitə imtahanla əlaqədar qaydalar, proqramlar, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilmişdir. Metodik vəsaitdə istifadə olunmuş materiallar Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə Sindikatının, həmçinin ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilmiş, onların rəy və tövsiyələri nəzərə alınmışdır.

Xüsusi buraxılışı kitab mağazalarından almaq və ya www.abiturient.azsaytından sifariş etmək mümkündür.