İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (2-ci qrup)
Nəşr satışı yoxdur / 1 AZN (PDF)
Dövlət İmtahan Mərkəzi II ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr etmişdir.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada II ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunmuşdur.
Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apelyasiya başa çatdıqdan sonra) çap ediləcəkdir.
Kitabçanı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Kitabçanın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
- Ad: İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (2-ci qrup)
- Kateqoriya: Xüsusi buraxılışlar