Nəşr satışı yoxdur / 4 AZN (PDF)

Mündəricat faylı- Magistr_N4_2022_mun.pdf

Jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilmişdir. Bu nömrədə həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunmuşdur.

Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilmişdir.