Nəşr satışı yoxdur / 2 AZN (PDF)

Mündəricat faylı- XB_11-illik_2022_rus_mun.pdf

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc etmişdir.

Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə  dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yer­ləşdirilmişdir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.