Nəşr satışı yoxdur / 2 AZN (PDF)

Mündəricat faylı- Magistr_N1_2022_mun.pdf

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1‑ci nömrəsini nəşr etmişdir. Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap etmişdir.
Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.