Riyaziyyat (8-ci sinif)
Nəşr satışı yoxdur
Məktəblilər, abituriyentlər və müəllimlər üçün nəzərdə tutulan bu kitablar qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunur və şagirdlərin idrakyönümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir.
Vəsaitlərdən istifadə etməklə məktəblilərin tədris nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilir.
Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər. Kitablarda olan tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunmuşdur.
- Ad: Riyaziyyat (8-ci sinif)
- Kateqoriya: Siniflər üzrə qiymətləndirmə tapşırığı kitabları