Nəşr satışı yoxdur / 1.5 AZN (PDF)

Mündəricat faylı- Subbakalavr_2021_mun.pdf

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını çap etmişdir.

Bu xüsusi buraxılışda “2021/2022-ci tədris ili üçün  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.