Nəşr satışı yoxdur / 3 AZN (PDF)

Mündəricat faylı- Abituriyent_N_2_rus_2021_mun.pdf

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2‑ci nömrəsini çap etmişdir. Bu nömrədə 2021/2022-citədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilmişdir. 

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.