Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış
Nəşr satışı yoxdur / 1.5 AZN (PDF)
Mündəricat faylı- 11illik_buraxlish_2020_rus_mun.pdf
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc etmişdir.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilmişdir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
- Ad: Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış
- Kateqoriya: Xüsusi buraxılışlar