“Abituriyent” satış köşkü fəaliyyətini müvəqqəti dayandırıb
Hörmətli istifadəçilər!“Abituriyent” jurnalı redaksiyasının ünvanının dəyişməsi ilə bağlı olaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 ünvanında yerləşən “Abituriyent” satış köşkü fəaliyyətini müvəqqəti dayandırıb. Bununla bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Dövlət İmtahan Mərkəzinə məxsus nəşrləri kitab mağazalarından almaq və www.abiturient.az saytından sifariş etmək mümkündür. Anlayışınız üçün sizə təşəkkür edirik.