Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilmişdir. Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı “Abituriyent” jurnalı redaksiyası sərgidə iştirak edərək ziyarətçiləri DİM nəşrləri ilə tanış etmişdir. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi tədris vəsaitləri, test topluları, siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabları ziyarətçilərin marağına səbəb olmuşdur. Beş gün davam edən sərgi zamanı Abituriyent jurnalı stendində ziyarətçilərə otk.az portalının 5, 6, 7, 8-ci siniflər üçün dərc etdiyi sınaq sual kitabçaları hədiyyə edilmişdir. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi sərgidə fəal iştirakına görə “Abituriyent” jurnalı redaksiyasına sertifikat təqdim etmişdir.