| Jurnal haqqında rəylər

Jurnal haqqında rəylər

Manafova Bənövşə (675 bal, II qrup, 2001-ci il)

Gələcək abituriyentlərə tövsüyyəm gündəlik dərslərini yaxşı oxusunlar, imtahanlara sistemli hazırlaşsınlar, "Abituriyent" jurnalındakı materialları müntəzəm izləsinlər, öyrəndiklərini test tapşırıqları vasitəsilə yoxlasınlar, hazırlıq səviyyələrini bilmək üçün sınaq imtahanlarında iştirak etsinlər.

Nəbiyeva Süsən (671 bal, II qrup, 2001-ci il)

1. Bütün fənlər üzrə yaxşı hazırlaşsınlar; 2. "Abituriyent" jurnalının materiallarından istifadə etsinlər; 3. İmtahanların obyektivliyinə və ədalətliliyinə inansınlar; 4. Öz biliklərinə güvənsinlər; 5. Öz qüvvələrinə inansınlar.

Dilrubə Qaraşova(601 bal, IV qrup, 2002-ci il)

İmtahan materialları ilə bağlı təklif və xahişlərim bunlardır: bütün yeni məlumatlar, çap olunan dərs vəsaitləri, imtahana hazırlıq vəsaitləri, "Abituriyent" jurnalının nömrələri, eləcə də xüsusi buraxılışları mümkün qədər tez və operativ şəkildə respublikanın bütün rayonlarına çatdırılsın. Məncə, bu, qəbul imtahanına hazırlaşan hər kəs üçün ən gözəl kömək olar. Bir də çox istərdim ki, bütün bölgələrdə hazırlıq kursları açılsın.

Babayev Fərid (635 bal, I qrup, 2009-cu il)

Orta məktəb dərslikləri ilə bərabər TQDK-nın nəşrlərindən də mütəmadi istifadə etsinlər; qəbula hazırlıqda "Siniflər üçün test kitabçaları"nın, metodiki vəsaitlərin və "Abituriyent"də dərc olunan model testlərin rolu əvəzsizdir.

Dostuyev Təbriz (I qrup, 622 bal, 2013-cü il)

Məktəb proqramı uzrə mukəmməl hazırlaşmalı, TQDK-nın kecirdiyi sınaq imtahanlarında iştirak etməyi və “Abituriyent” jurnalının butun saylarını oxumağı məsləhət gorurəm.

Uğur əldə etmək uçun qarşınızda real bir məqsəd olmalıdır. Yüksək nəticənin, ali təhsil almağın sizin gələcək həyatınızı həll etməyi haqqda düşünün. Məqsədyönlü çalışmaq bəzi fədakarlıqlar tələb edə bilər, amma yorucu hazırlıq müddəti ərzində vaxtınızdan düzgün istifadə edin. Valideynlərinizə, dostlarınıza, əyləncəyə də vaxt ayırın.

ƏSGƏROVA TƏHMİNƏ MƏHƏMMƏD QIZI

696 bal, 2016-cı il

Qəbul imtahanına hazırlaşmaq çətin və məsuliyyətli işdir. Hazırlıq üçün bir hədəfiniz olmalıdır. Nəyi arzuladığınızı və nə uğrunda mübarizə apardığınızı bilməlisiniz. Hazırlıq müddətində bəzi əyləncələrdən uzaq durmalı və diqqətinizi sadəcə dərslərə yönəltməli, çox çalışmalısınız. Unutmayın ki, zəhmətsiz uğur yoxdur. İnanın ki, universitetə girməyin sevinci və qüruru sizə bütün əziyyətlərinizi unutduracaq.

İSMAYILOVA AYGÜL ELŞƏN QIZI

692 bal, 2016-cı il

Çox çalışmaq, məqsədyönlü olmaq, əzmkarlıq göstərmək, vaxtlarını düzgün bölmək, dərslərinə məsuliyyətli yanaşmaq və əlbəttə ki, özünə inanmaq.

QASIMZADƏ NAİL İBRAHİM OĞLU

692 bal, 2016-cı il

Dərslərə müntəzəm şəkildə hazırlıqlı gəlsinlər, müəllimlərin dediklərinə diqqətlə qulaq assınlar, mütəmadi olaraq əlavə ədəbiyyatlardan istifadə etsinlər, daha geniş məlumat almaq üçün əlavə mənbələrdən istifadə etsinlər.

RƏŞİDOV ƏLİ CANBAXIŞ OĞLU

686 bal, 2016-cı il

Abituriyentlər hazırlaşma prosesinə son 2 ildə başlamamalıdır. Ümumiyyətlə, şagird təhsil dövründə dərslərinə hər gün müntəzəm hazırlaşmalıdır. Əks halda 5 fənn üzrə 6-7 illik dərs materialını 2 ildə mükəmməl şəkildə mənimsəyib yüksək nəticə göstərmək mümkün deyil.

İSAYEV TURAN FƏYYAZ OĞLU

686 bal, 2016-cı il

Bütün hazırlıq dövründə test toplularından və “Abituriyent” jurnalından istifadə etməyin çox böyük faydası olacaq.

SALAMOV SABİR ELDAR OĞLU

644 bal, 2016-cı il

Əgər həqiqətən universitetə qəbul olmaq arzusundasınızsa, yorulmadan çalışın və daim müsbət düşünün. Bəzən hazırlığın ortasında (yəni fevral, mart) insan çox bezir. Hər şeydən uzaqlaşmaq istəyir. Əgər bu mənfi fikirləri atıb gücünüzü dərslərə səfərbər etsək, yüksək nəticə göstərmək daha da asanlaşır.

SULTANOV ÜLVİ SAMİR OĞLU

642 bal, 2016-cı il

Bütün hüquqlar qorunur © 2017 "Abituriyent" jurnalı