| Layihə haqqında

Layihə haqqında

"Bilik yarışının öncülləri" layihəsi haqqında

DİM artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlər silsiləsinə "Bilik yarışının öncülləri" internet layihəsi də qatılıb. DİM tərəfindən qəbul imtahanlarında yüksək bal toplamış şəxslər haqqında məlumatların toplanılması və bu gənclərin təcrübəsinin öyrənilməsi məqsədilə hazırlanmış bu layihə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.M. Abbaszadənin rəhbərliyi ilə həyata keçirilmişdir.
Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə icra olunan "Bilik yarışının öncülləri" layihəsi "Abituriyent" jurnalı redaksiyasında hazırlanmışdır. Ali təhsil müəssisələrinə 600 və daha yüksək bal toplayan şəxslərə dair resurs bazası olan bu portalda 1999-cu ildən indiyədək "Abituriyent" jurnalında 16 minədək şəxs haqqında yazı və foto məlumatlar dərc olunmuşdur.

Missiyamiz

Şagirdlərə, gələcək abituriyentlərə qabaqcıl təcrübə nümunələri və örnəklərini göstərmək, eyni zamanda yüksək balla ali məktəblərə qəbul olmuş tələbələrə əvvəlki illərdə qəbul olmuş bilik yarışının öncüllərinin uğurlu həyat yolu, təcrübələrini öyrənmək, onların nailiyyətlərini nümunə olaraq təqdim etməkdir.
Ümid edirik ki, yüksək bal toplamış gənclərin təbliği ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.
İnternet resursdan istifadə zamanı istinad olunması vacibdir.

Uğur əldə etmək uçun qarşınızda real bir məqsəd olmalıdır. Yüksək nəticənin, ali təhsil almağın sizin gələcək həyatınızı həll etməyi haqqda düşünün. Məqsədyönlü çalışmaq bəzi fədakarlıqlar tələb edə bilər, amma yorucu hazırlıq müddəti ərzində vaxtınızdan düzgün istifadə edin. Valideynlərinizə, dostlarınıza, əyləncəyə də vaxt ayırın.

ƏSGƏROVA TƏHMİNƏ MƏHƏMMƏD QIZI

696 bal, 2016-cı il

Qəbul imtahanına hazırlaşmaq çətin və məsuliyyətli işdir. Hazırlıq üçün bir hədəfiniz olmalıdır. Nəyi arzuladığınızı və nə uğrunda mübarizə apardığınızı bilməlisiniz. Hazırlıq müddətində bəzi əyləncələrdən uzaq durmalı və diqqətinizi sadəcə dərslərə yönəltməli, çox çalışmalısınız. Unutmayın ki, zəhmətsiz uğur yoxdur. İnanın ki, universitetə girməyin sevinci və qüruru sizə bütün əziyyətlərinizi unutduracaq.

İSMAYILOVA AYGÜL ELŞƏN QIZI

692 bal, 2016-cı il

Çox çalışmaq, məqsədyönlü olmaq, əzmkarlıq göstərmək, vaxtlarını düzgün bölmək, dərslərinə məsuliyyətli yanaşmaq və əlbəttə ki, özünə inanmaq.

QASIMZADƏ NAİL İBRAHİM OĞLU

692 bal, 2016-cı il

Dərslərə müntəzəm şəkildə hazırlıqlı gəlsinlər, müəllimlərin dediklərinə diqqətlə qulaq assınlar, mütəmadi olaraq əlavə ədəbiyyatlardan istifadə etsinlər, daha geniş məlumat almaq üçün əlavə mənbələrdən istifadə etsinlər.

RƏŞİDOV ƏLİ CANBAXIŞ OĞLU

686 bal, 2016-cı il

Abituriyentlər hazırlaşma prosesinə son 2 ildə başlamamalıdır. Ümumiyyətlə, şagird təhsil dövründə dərslərinə hər gün müntəzəm hazırlaşmalıdır. Əks halda 5 fənn üzrə 6-7 illik dərs materialını 2 ildə mükəmməl şəkildə mənimsəyib yüksək nəticə göstərmək mümkün deyil.

İSAYEV TURAN FƏYYAZ OĞLU

686 bal, 2016-cı il

Bütün hazırlıq dövründə test toplularından və “Abituriyent” jurnalından istifadə etməyin çox böyük faydası olacaq.

SALAMOV SABİR ELDAR OĞLU

644 bal, 2016-cı il

Əgər həqiqətən universitetə qəbul olmaq arzusundasınızsa, yorulmadan çalışın və daim müsbət düşünün. Bəzən hazırlığın ortasında (yəni fevral, mart) insan çox bezir. Hər şeydən uzaqlaşmaq istəyir. Əgər bu mənfi fikirləri atıb gücünüzü dərslərə səfərbər etsək, yüksək nəticə göstərmək daha da asanlaşır.

SULTANOV ÜLVİ SAMİR OĞLU

642 bal, 2016-cı il

Bütün hüquqlar qorunur © 2017 "Abituriyent" jurnalı