| Əlaqə

Əlaqə

Ünvan:

AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 27.

Telefon:

012-489-02-59.

E-mail:

abiturient.journal@gmail.com

Rəy və təklifləriniz

Hörmətli istifadəçilər, Sizin "Abituriyent" jurnalının qəbul imtahanlarında yüksək nəticə əldə etmiş şəxslərə həsr etdiyi bu layihə barədə fikirləriniz, rəy və təklifləriniz bizim üçün çox dəyərli və maraqlıdır. Əvvəlcədən təşəkkür edirik.

Uğur əldə etmək uçun qarşınızda real bir məqsəd olmalıdır. Yüksək nəticənin, ali təhsil almağın sizin gələcək həyatınızı həll etməyi haqqda düşünün. Məqsədyönlü çalışmaq bəzi fədakarlıqlar tələb edə bilər, amma yorucu hazırlıq müddəti ərzində vaxtınızdan düzgün istifadə edin. Valideynlərinizə, dostlarınıza, əyləncəyə də vaxt ayırın.

ƏSGƏROVA TƏHMİNƏ MƏHƏMMƏD QIZI

696 bal, 2016-cı il

Qəbul imtahanına hazırlaşmaq çətin və məsuliyyətli işdir. Hazırlıq üçün bir hədəfiniz olmalıdır. Nəyi arzuladığınızı və nə uğrunda mübarizə apardığınızı bilməlisiniz. Hazırlıq müddətində bəzi əyləncələrdən uzaq durmalı və diqqətinizi sadəcə dərslərə yönəltməli, çox çalışmalısınız. Unutmayın ki, zəhmətsiz uğur yoxdur. İnanın ki, universitetə girməyin sevinci və qüruru sizə bütün əziyyətlərinizi unutduracaq.

İSMAYILOVA AYGÜL ELŞƏN QIZI

692 bal, 2016-cı il

Çox çalışmaq, məqsədyönlü olmaq, əzmkarlıq göstərmək, vaxtlarını düzgün bölmək, dərslərinə məsuliyyətli yanaşmaq və əlbəttə ki, özünə inanmaq.

QASIMZADƏ NAİL İBRAHİM OĞLU

692 bal, 2016-cı il

Dərslərə müntəzəm şəkildə hazırlıqlı gəlsinlər, müəllimlərin dediklərinə diqqətlə qulaq assınlar, mütəmadi olaraq əlavə ədəbiyyatlardan istifadə etsinlər, daha geniş məlumat almaq üçün əlavə mənbələrdən istifadə etsinlər.

RƏŞİDOV ƏLİ CANBAXIŞ OĞLU

686 bal, 2016-cı il

Abituriyentlər hazırlaşma prosesinə son 2 ildə başlamamalıdır. Ümumiyyətlə, şagird təhsil dövründə dərslərinə hər gün müntəzəm hazırlaşmalıdır. Əks halda 5 fənn üzrə 6-7 illik dərs materialını 2 ildə mükəmməl şəkildə mənimsəyib yüksək nəticə göstərmək mümkün deyil.

İSAYEV TURAN FƏYYAZ OĞLU

686 bal, 2016-cı il

Bütün hazırlıq dövründə test toplularından və “Abituriyent” jurnalından istifadə etməyin çox böyük faydası olacaq.

SALAMOV SABİR ELDAR OĞLU

644 bal, 2016-cı il

Əgər həqiqətən universitetə qəbul olmaq arzusundasınızsa, yorulmadan çalışın və daim müsbət düşünün. Bəzən hazırlığın ortasında (yəni fevral, mart) insan çox bezir. Hər şeydən uzaqlaşmaq istəyir. Əgər bu mənfi fikirləri atıb gücünüzü dərslərə səfərbər etsək, yüksək nəticə göstərmək daha da asanlaşır.

SULTANOV ÜLVİ SAMİR OĞLU

642 bal, 2016-cı il

Bütün hüquqlar qorunur © 2017 "Abituriyent" jurnalı