Abituriyent jurnalinin online satish sistemi
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Xəbərlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
DİQQƏT – SAXTA NƏŞR !!!
Son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.
Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.
Belə üsulla hazırlanmış saxta nəşrlərdən biri də şəkildə təqdim olunan 2015-ci ildə nəşr edilmiş "Test toplusu 1994-2015" seriyasından Azərbaycan dili fənni üzrə test toplusunun II hissəsidir. Bu saxta nəşrin üzlüyündə belə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adı düzgün yazılmamışdır.
Nəzərinizə çatdırırıq ki, bu cür saxta nəşrlərin məzmununa görə TQDK məsuliyyət daşımır.
RƏY VƏ TƏKLİFLƏRİNİZ
Hörmətli oxucular, Sizin "Abituriyent" jurnalının nəşrləri, test kitabçaları, vəsaitləri barədə fikirləriniz, rəy və təklifləriniz bizim üçün çox dəyərli və maraqlıdır. Bildirdiyiniz rəy və təklifləri nəzərə almaqla gələcək nəşrlərimizin keyfiyyətini daha da yüksəldər onların abituriyentlər, müəllim, valideynlər üçün daha yararlı edə bilərik. Əvvəlcədən təşəkkür edirik.
20 il məlumatlandırma, maarifləndirmə yolunda
1995-ci ildə təsis edilmiş «Abituriyent» jurnalı fəaliyyətdə olduğu dövr ərzində ictimaiyyətin artan maraq və tələbatına uyğun olaraq nəşrlərinin çeşidini və tirajını ilbəil artırmışdır.
20 il ərzində jurnal öz məlumatlandırma və maarifləndirmə imkanlarından istifadə edərək şagirdlərin, abituriyentlərin, magistraturaya və rezidenturaya hazirlaşan gənclərin ən yaxin bələdçisi olmuşdur.
Jurnal hazırda ictimaiyyət üçün tələbə qəbulu kampaniyasının bütün gedişi, onun ayrı-ayrı istiqamətləri və mərhələləri barədə dolğun, dəqiq və etibarlı informasiya mənbəyi rolunu oynayır.
TQDK-nın nəşrlərinin elektron versiyalarının onlayn satışı
Siz kredit kartı vasitəsilə TQDK-nın nəşrlərinin elektron versiyalarını əldə edə bilərsiniz.
TQDK-nın nəşrlərinin onlayn sifariş ilə satışı
Siz kredit kart vasitəsi ilə ödəniş etməklə TQDK-nın nəşrlərinin ünvanınıza çatdırılmasını sifariş edə bilərsiniz.
Rezidentura N1
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Rezidentura" xüsusi buraxılışının 1-ci sayında (Azərbaycan və rus dillərində) baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları, namizədlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırığı nümunələrini təqdim etmişdir.
Jurnalın elektron versiyasını (pdf formatında) www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı" bölməsində sifariş etməklə əldə edə bilərsiniz.
Magistr N1
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” xüsusi buraxılışının 1 ci sayında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap etmişdir.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Abituriyent N11
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il olduğu kimi bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş gənclərin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının 11-ci sayını onlara həsr etmişdir. Jurnalın bu sayı qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə açılır. Jurnalda Prezident təqaüdçüləri haqqında məlumat, onların topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb, ən yüksək nəticə əldə etmiş gənclərlə müsahibələr və s. məlumatlar təqdim olunmuşdur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun statistik təhlilinin nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilmişdir.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
İnformatika
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “İnformatika” vəsaitin yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrini bakalavrların istifadəsinə vermişdir. Vəsait tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilmişdir. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcəkdir.
Kitab 13 fəsildən və hər birində 25 test tapşırığı olmaqla sınaq testləri blokundan ibarətdir. Bu test tapşırığı nümunələri magistraturaya qəbula hazırlaşanlara fəsillər üzrə mənimsəmə səviyyələrini yoxlamağa imkan yaradır. Vəsaitin sonunda "Sınaq testləri" bölməsində 10 variantda test tapşırıqları və onların düzgün cavabları da verilmişdir.
Vəsait aşağıdakı fəsillərdən ibarətdir:
1. İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI
2. KOMPÜTER VƏ ONUN TEXNİKİ TƏMİNATI (HARDWARE)
3. ALQORİTMLƏŞDİRMƏNİN ƏSASLARI
4. PROQRAM TƏMİNATI (SOFTWARE) VƏ ONUN TƏSNİFATI
5. ƏMƏLİYYAT SİSTEMLƏRİ
6. MICROSOFT WINDOWS 7 ƏMƏLİYYAT SİSTEMİ
7. MICROSOFT WORD 2010 MƏTN PROSESSORU
8. MICROSOFT EXCEL 2010 CƏDVƏL PROSESSORU
9. MICROSOFT РОWЕRРОINT 2010 ELEKTRON TƏQDİMAT PROQRAMI
10. VERİLƏNLƏR BAZASI. MICROSOFT ACCESS 2010 VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMİ
11. KOMPÜTER QRAFİKASININ ƏSASLARI
12. KOMPÜTER ŞƏBƏKƏLƏRİ
13. İNTERNET QLOBAL ŞƏBƏKƏSİ
Vəsaiti kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
İnsan anatomiyası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya hazırlaşanlar üçün İNSAN ANATOMİYASI adlı vəsait nəşr etmişdir.
Bu vəsait Azərbaycan Tibb Universitetinin insan anatomiyası fənni üzrə tədris proqramı və TQDK-nın rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait tərtib olunarkən yeni “anatomik nomenklatura”dan istifadə edilmiş, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilmişdir.
Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həmçinin Azərbaycan Tibb Universitetinin, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, insan anatomiyası fənnini tədris edən müəllimlər istifadə edə bilərlər. Bu kitab insan anatomiyası fənninə maraq göstərən hər bir şəxs üçün faydalı ola bilər.
Vəsaiti Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Tarixi terminlərin izahlı lüğəti və xronologiya
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Tarixi terminlərin izahlı lüğəti və xronologiya” adlı vəsait nəşr etmişdir.
Nəfis şəkildə hazırlanmış bu vəsait abituriyentlər, şagirdlər, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün hazırlanmış bu vəsait ümumtəhsil məktəbləri üçün tarix fənni üzrə tədris proqramları və dərslikləri əsasında tərtib edilmiş qəbul proqramına uyğun yazılmışdır. Vəsaitin birinci hissəsində qəbul proqramına daxil olan mövzular üzrə termin və anlayışların əhatəli elmi-nəzəri izahı verilmiş, ikinci hissəsində isə ən mühüm fakt, proses və hadisələrin xronologiyası sistemli şəkildə təqdim edilmişdir.
Vəsaiti kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

“Abituriyent” jurnalının xüsusi buraxılışları olan fənlər üzrə siniflər üçün test tapşırıqları kitablarının 2015-ci ildə təkmilləşdirilmiş nəşrləri çapdan çıxmışdır. Nəşrlər toplusuna aşağıdakılar daxildir:
  • “Azərbaycan dili” V-XI siniflər
  • “Tarix” VI-XI siniflər
  • “Fizika” VI-XI siniflər
  • “Biologiya” VI-XI siniflər
  • “İngilis dili” V-XI siniflər
  • “Coğrafiya” VI-XI siniflər
  • “Azərbaycan tarixi” VI-XI siniflər
  • “Riyaziyyat” V-XI siniflər
  • “Kimya” VII-XI siniflər
  • Azərbaycan Respublikasının Konstitusiyası
Test tapşırıqları kitabları məktəb və qəbul proqramları əsasında hazırlanmışdır.
TQDK –nın nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparılır
Son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.
İndiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında vergi işçiləri tərəfindən xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.
Qeyd edək ki, saxta çap məhsullarının ekspertizası onlarda çox ciddi elmi, texniki, çap qüsurları və digər zərərli cəhətlərin olduğunu göstərir.
Saxta nəşrlər hazırlanarkən mövcud poliqrafiya normaları gözlənilmədiyindən və ya materiallar əsl nüsxələrin üzündən skaner üsulu ilə götürüldüyündən çapın keyfiyyəti itir, bu da nəticə etibarı ilə istifadəçilərin görmə qabiliyyətinə zərər vurur.
Çap işləri kustar mətbəələrdə kustar üsullarla aparıldığına, burada gigiyenik normalar gözlənilmədiyinə və çap zamanı ekoloji cəhətdən keyfiyyətsiz, zərərli boya və kağızlardan istifadə edildiyinə görə hazırlanan çap məhsulları onlardan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərir.
Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.
Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu da onlardan istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin yer almasına səbəb olur.
Bununla əlaqədar olaraq qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.
Hörmətli oxucular, saxta jurnal və nəşrlər almayın!!!