Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Təsviri sənət və Memarlıq

Zenbile elave et

Dövlət İmtahan Mərkəzi tərəfindən “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsait nəşr olunmuşdur. Vəsaitdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrinə aid olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapmışdır. 

 Vəsaitdə həmçinin ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahan proqramları, qiymətləndirmə meyarları, tövsiyələr və digər zəruri materiallar da verilmışdır.

Vəsaiti  "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Bildiririk ki, aşagıdakı istiqamətlər üzrə vəsaitlərin elektron versiyaları (PDF formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində yerləşdirilmişdir:

1. Təsviri sənət və Memarlıq
2. Musiqi sənəti
3. Teatr, kino və xoreoqrafiya sənətləri
4. Bədən tərbiyəsi və idman

 Vəsaitləri  "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal