Rezidentura N1
Nəşr satışı yoxdur
Hörmətli həkimlər və tələbələr! «Abituriyent» jurnalının xüsusi buraxılışında baza ali tibb təhsili əsasında
REZIDENTURAYA QƏBUL QAYDALARI
QƏBUL PROQRAMLARI
TEST TAPŞIRIĞI NÜMUNƏLƏRİ
Azərbaycan və rus dillərində çap olunmuşdur.
Bəs, rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı fənlərin proqramları əsasında hazırlaşmalı?
Bu suallara cavab almaq üçün ilk növbədə “Rezidentura” jurnalını əldə etmək və burada verilmiş "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə diqqətlə tanış olmaq lazımdır.
Cədvəlin 1-ci sütununda baza ali tibb təhsili istiqamətinin siyahısı verilib. Qarşıdakı 2-ci sütunda hər bir baza ali tibb təhsili istiqamətinə uyğun olan rezidentura ixtisaslarının adları qeyd olunub. Cədvəlin 3-cü sütununda isə rezidenturaya qəbul üçün baza fənləri, 4-cü sütunda isə ixtisas fənlərinin adları göstərilib.
Həkim əvvəlcə 1-ci sütundakı siyahıdan bitirdiyi fakültənin adını tapır. Sonra 2-ci sütunda qeyd edilmiş rezidentura ixtisaslarından özünün baza ali tibb təhsilinə uyğun olanlarla tanış olur. Qəbul imtahanına 3-cü və 4-cü sütunlarda göstərilmiş baza və ixtisas fənlərinin proqramları əsasında hazırlaşır. Müvafiq proqramlar jurnalın 4-60 səhifələrində təqdim edilir.
- Ad: Rezidentura N1
- Kateqoriya: “Rezidentura” jurnalı