Nəşr satışı yoxdur / 1 AZN (PDF)

Mündəricat faylı- XB_11_illik_elan_mun.pdf

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan etmişdir. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunmuşdur. Jurnalın bu sayında həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunmuşdur. 
Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq olar: 
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m; 
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Həmçinin jurnalın bu sayını http://eservices.tqdk.gov.az/ejurnal/ ünvanından elektron formatda (pdf formatda) əldə edə bilərsiniz.

 

 

 

  • Ad: Orta ixtisas (11 illik) təhsili müəssisələrinin boş qala yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı
  • Kateqoriya: Xüsusi buraxılışlar