Nəşr satışı yoxdur / 2 AZN (PDF)

“Abituriyent” jurnalının 4-cü sayında 2014/2015-citədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı çap edilmişdir. Jurnalın bu sayında həmçinin müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurma qaydası, qəbul aparılan ixtisaslar, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu,  ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında  təhsil alacaq şəxs arasında müqavilə nümunəsi, qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması (apelyasiya) qaydaları təqdim olunmuşdur.

Bu nömrədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına, vəTürkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə tələbə qəbulu qaydaları, respublikanın ali təhsil müəssisələri haqqında informasiya-reklam məzmunlu materiallar da verilmişdir.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir. 

Jurnalları TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.