Nəşr satışı yoxdur

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulunun nəticələri "Abituriyent" jurnalının xüsusi buraxılışında çap olunmuşdur. Bununla bərabər jurnalda ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunmuşdur.

Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.