Nəşr satışı yoxdur

Lüğətdə Azərbaycan dilinə aid sözlərin düzgün yazılışı, tələffüz forması, qrammatik mövqeyi, bir sıra hallarda isə leksik mənası göstərilib. Lüğətdə 3500-dən çox söz verilib.
Sözlərin seçimində onların ümumişləklik dərəcəsi, ümumtəhsil məktəblərinin proqram tələblərinə və dərsliklərinə uyğunluğu, ümumtəhsil məktəblərində öyrədilən orfoqrafiya və orfoepiya qaydalarının tətbiqinə imkan verməsi, dilimizin zənginləşməsinin çağdaş səviyyəsi, bəzi sözlərin yazılış və tələffüzündə qarşıya çıxan müəyyən çətinliklər və s. nəzərə alınmışdır. Lüğətin sonunda Azərbaycan dilinin başlıca orfoqrafiya və orfoepiya qaydaları verilmişdir. 
Lüğət məktəb şagirdləri, abituriyentlər, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdən yazılı və şifahi nitqini təkmilləşdirmək qayğısına qalan bütün şəxslər yararlana bilər.